Azərbaycan millisinin heyətindən kənarlaşdırılan "Sabah" klubunun kapitanı Elvin Camalov təxminən 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Offsideplus.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Misli Premyer Liqasının IX turunda "Araz-Naxçıvan"la 1:1-lik heç-heçə ilə bitən oyunda zədələnib. Onun dirsəyində sınıq aşkarlansa da, əməliyyata ehtiyac olmayacaq.

Elvin Camalovun əvəzinə milli komandaya Vadim Abdullayev dəvət olunub.