Zədəli olduğu bildirilsə də, milliyə dəvət olunan Emin Mahmudov "Neftçi"dən ayrılmaq niyyətindədir.
Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi qışda Bakı təmsilçisini tərk etmək istəyir.
Millimizin üzvü indidən özünə komanda axtarışına başlayıb. Agentlər yığmanın kapitanını bir neçə kluba təklif edib. Söhbət Türkiyə Super Liqasının 2, Rusiya Premyer Liqasının 1 təmsilçisindən gedir.
Adları hələlik bizə bəlli olmayan kollektivlər azad agent olacağı təqdirdə, Eminlə müqavilə bağlamaq niyyətindədirlər.
Qeyd edək ki, yarımmüdafiəçinin 2025-ci ilin iyununa qədər "Neftçi" ilə sözləşməsi var.