Bu gün Misli Premyer Liqasında VII turun növbəti oyunu baş tutacaq.

Offsideplus.az xəbər verir ki, "Turan Tovuz" "Araz-Naxçıvan"ı qəbul edəcək.

Ötən gün "Qarabağ" "Neftçi" üzərində "4:0" hesablı qələbədən sonra "bozqurdlar"ı geridə qoyaraq görməyə alışdığımız birinci pilləyə geri döndü. Yeni mövsümdə məğlubiyyət dadmayan Tovuz təmsilçisi liderliyi qaytarmaq üçün "qırmızı-ağlar"a qalib gəlməlidir.

Misli Premyer Liqası

VII tur - 21 sentyabr

18:00. “Turan Tovuz” – “Araz-Naxçıvan”

Baş hakim: Elçin Məsiyev

Tovuz şəhər stadionu