"Neftçi” klubunun ev oyunlarını keçirdiyi “Neftçi Arena”da təmir və yenidənqurma işləri başa çatmayıb.

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" 7-ci turda “Qarabağ”a qarşı keçirəcəyi matçın məkanının dəyişdirilməsi ilə bağlı Peşəkar Futbol Liqasına rəsmi müraciət edib.

“Neftçi Arena”da aparılan təmir işlərinin yekunlaşmadığını, “Neftçi”nin rəsmi müraciətini, “Qarabağ”ın razılığını rəhbər tutan qurum aşağıdakı qərarları qəbul edir:

* Misli Premyer Liqasının 7-ci turunun “Nefçi” - “Qarabağ” oyunu ilə 15-ci turun “Qarabağ” - “Neftçi” oyununun yeri dəyişdirilsin.

* 7-ci turun “Qarabağ” - “Neftçi” oyunu 20 sentyabr saat 20:00-da “Azersun Arena”da oynanılsın.

* Klubların əvəzedici heyətləri arasında baş tutacaq oyunların proqramı əvvəlcədən açıqlandığı kimi saxlanılsın.