Misli Premyer Liqasının VI turunda "Qarabağ" "Səbail"i məğlub etdi - 2:1.

Offsideplus.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında iştirak etdi.

Mütəxəssis qələbə haqda bunları söylədi:

"Futbolçularımı təbrik edirəm. Yaxşı qalibiyyət idi. Hələ tam heyətimiz deyildi. Millidən gələnlər var idi. Əsas komanda ilə məşq etməmişdilər. Oyunçularım çox əziyyət çəkdilər. Çox sayda qol epizodumuz oldu. Fürsətlərdən yararlana bilmədim. Amma belə oyunlarda səhvlər yol veriləndir. Əsas odur ki, daha vacib oyunlarda belə səhvlər etməyək. Rəqib də çox yaxşı komandadır. Yaxşı müdafiə olunurdular. Əks hücumlara yaxşı çıxırdılar. Öz səhvimizdən qol buraxdıq. Ümumilikdə yaxşı oyun izlədik".