"Neftçi Arena" bir müddətdir ki, təmirə bağlanıb. Stadionun ot örtüyü bərpa olunacaq. Tribunalarda dəyişiklər ediləcək.

Görəsən, arena "Qarabağ"la keçiriləcək matç ərəfəsində tam hazır olacaq? Sualımızı "Neftçi"nin mətbuat katibi Asəf Zeynallıya ünvanladıq.
Klub rəsmisi Offsideplus.az-a açıqlamasında bunları söylədi:

"Hazırda işlər nəzərdə tutulduğu kimi, qaydasında gedir. Ot örtüyünün üst qatının yenilənməsi, toxumlama və havalandırma işləri davam edir. Bununla yanaşı, digər işlər də sürətlə görülür. Köhnə oturacaqların sökülməsi prosesi yekunlaşıb. Yeniləri quraşdırılır. Qarşıdakı ev oyununa kimi işlərin yekunlaşdırılması planlaşdırılır."

İradə Hatəmi