"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib. 

Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisi müdafiəçi Turan Manafovu komandaya cəlb edib. Futbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, oyunçu ötən mövsümü "Araz-Naxçıvan"da keçirib.