Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Offsideplus.az xəbər verir ki, tədbirdə Misli Premyer Liqasının V turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
30 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının V turunun “Sumqayıt” – “Araz Naxçıvan” oyununda “Araz-Naxçıvan” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” klubu 700 manat cərimə edilir (maddə 37);
31 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının V turunun “Şamaxı” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Şamaxı” klubu 800 manat cərimə edilir (maddə 51.2);
31 avqust 2024-cü il tarixində Misli Premyer Liqasının V turunun “Kəpəz” – “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Kəpəz” klubu 800 manat cərimə edilir (maddə 51.2);
1 sentyabr 2024-cü il tarixində Misli Premyer Liqasının V turunun “Zirə” – “Qarabağ” oyununun 29-cu dəqiqəsində “Zirə” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Zirə” klubuna xəbərdarlıq edilir (maddə 43.7);