Alaksey Kaşuk “Qarabağ”a transferini şərh edib.

Offsideplus.az xəbər verir ki, Ukrayna mətbuatına verdiyi müsahibədə o, qeyd edib ki, Ağdam təmsilçisini seçməsində baş məşqçi Qurban Qurbanovun təsiri önəmli rol oynayıb:

"O, uzun müddətdir komandada fəaliyyət göstərir və Çempionlar Liqasının qrup mərhələsinə, Avropa Liqasında isə pley-off mərhələsinə çıxarmağı bacarıb. Təcrübəli çalışdırıcı oyunçuların inkişafına necə dəstək verəcəyini yaxşı bilir". 

Ukraynalı yarımmüdafiəçinin sözlərinə görə, müqavilənin detallarının da onun üçün əhəmiyyəti var:

"Bu, yalnız şəxsi şərtlərlə bağlı deyil, eyni zamanda sözləşmədəki maddələrin də rolunu vurğulayıb. Müqaviləyə əsasən, gələcəkdə Avropa klubları “Qarabağ”a münasib qiymətlərlə təklif verə bilərlər"

Yarımmüdafiəçi bu çempionatda və ölkədə artıq oynadığını, buna görə də uyğunlaşmağın asan olduğunu bildirib.

“Qarabağ” Alaksey Kaşukla 3 illik sözləşmə imzalayıb.