Misli Premyer Liqasının V turunda "Neftçi" səfərdə "Şamaxı"nın qonağı olub. 

Offsideplus.az xəbər verir ki, Roman Qriqorçukun baş məşqçilik etdiyi komanda səfərdən 1 xalla qayıdıb. Oyunda qapılara qol vurulmayıb: 0:0. 

Beləliklə, "ağ-qaralar"ın qələbəsizlik seriyası davam edir. Çempionatda 5-ci oyununa çıxan "Neftçi" cari mövsüm qalibiyyət üzü görməyib: 4 heç-heçə, 1 məğlubiyyət. Bakı klubu 4 xalla 10 komandanın yer aldığı turnir cədvəlində sondan ikincidir. Komanda 4 oyuna cəmi 2 qol vurub, 4 top buraxıb. 

Beləliklə, "Neftçi" milli komandaların oyunlarına görə yaranan fasiləyə 9-cu yerdə yollanacağını rəsmiləşdirib.