Misli Premyer Liqasının IV turunda "Şamaxı" səfərdə "Zirə"yə minimal hesabla qalib gəlib: 0:1.

Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçı şərh edib:

"Komandamı təbrik edirəm. İlk qələbəmiz idi. Azarkeşlərə, futbolçulara təbriklər. Bilirdik ki, bu gün "Zirə" üçün çətin olacaq. Ağır oyundan gəlmişdi. Avrokuboklarda oynayan komandalarımız qayıdanda çempionatda çətinlik çəkirlər. Futbolçularım əzmkarlıq göstərirdi. Çempionatda qarşıda çox oyun var, hər xal bizim üçün qızıl olacaq. Bu oyun da vacib idi".