"Qarabağ" növbəti transferini reallaşdırıb.
Offsideplus.az xəbər verir ki, qapıçı Mateuş Koxalski heyətə cəlb edilib. Uzun sürən danışıqlar nəticəsində Polşa təmsilçisi “Stal Mielets”lə razılıq əldə olunub.
Ağdam təmsilçisi 24 yaşlı polşalı qolkiper arasında "3+1" illik müqavilə imzalanıb. O, “Stal Mielets”in heyətində keçirdiyi ötən mövsümdə Polşa çempionatının ən yaxşı qapıçısı adına layiq görülüb.
Koxalski 2022-ci ilin yayından bu komandanın şərəfini qoruyub. O, bunadək “Legionoviya" (Legionovo), “Radomyak" (Radom) və “Legiya"da (Varşava) forma geyinib.
Qeyd edək ki, "Qarabağ"ın yeni qapıçısı bu ilin iyununda Polşanın əsas millisinin AÇ-2024-ə hazırlıq prosesinə dəvət alıb və təlim-məşq toplanışında iştirak edib. O, bunadək U-16, U-17, U-18 və U-19 milli komandalarında da çıxış edib.