Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Offsideplus.az xəbər verir ki, qurum Misli Premyer Liqasının II turunun "Qarabağ" - "Kəpəz" matçı ilə bağlı aşağıdakı qərarları qəbul edib:
* Qonaqların 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);
* Oyunun 78-ci dəqiqəsində “Kəpəz”in 8 nömrəli futbolçusu Elmir Tağıyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Kəpəz” klubu 500 manat cərimə edilir (maddə 36.5);
* Görüşün 89-cu dəqiqəsində qonaqların azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Kəpəz” klubuna xəbərdarlıq edilir (maddə 43.7);