Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Offsideplus.az xəbər verir ki, tədbirdə Misli Premyer Liqasının I turunun "Sumqayıt" - "Kəpəz" (2:0) görüşü ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
* Qarşılaşmada PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “kimyaçılar" 500 manat cərimə edilir (maddə 70.1);
* Görüşdə oyun günü planı pozulduğuna görə “Sumqayıt” 1000 manat cərimə edilir (maddə 77.1);