Konfrans Liqasında çıxışını davam etdirən “Zirə” heyətinə yeni futbolçu cəlb edib.

Offsideplus.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda “Kəpəz”dən ayrılan Georgi Papunaşvili ilə anlaşıb. 28 yaşlı yarımmüdafiəçi ilə "1+1" illik müqavilə imzalanıb.

Papunaşvili karyerası ərzində ölkəsinin “Dinamo”(Tbilisi), “Telavi”, «Samtredia”, “Torpedo” (Kutaisi) Almaniyanın “Verder”, İspaniyanın “Saraqosa”, “Rasinq”, Kiprin “Apollon”, Serbiyanın “Radniçki” klublarında çıxış edib. Papunaşvilinin son klubu “Kəpəz” olub. Gürcüstan millisinin də şərəfini qorumuş futbolçu yığmada 17 matçda 3 dəfə fərqlənib.