Misli Premyer Liqasının ilk turunda dəyişiklik edilib.
Offsideplus.az xəbər verir ki, məlumatı PFL-in mətbuat xidməti yayıb. Ölkəmizi Konfrans Liqasında təmsil edən “Sabah”ın rəsmi müraciəti, “Şamaxı”ın razılıq məktubu, Peşəkar Futbol Liqasının qərarı ilə Masazır təmsilçisinin növbəti mərhələyə daha yaxşı hazırlaşması və mümkün zədələrin qarşısının alınması məqsədi ilə 1-ci turun “Şamaxı” – “Sabah” oyunu ilə, 18-ci turun “Sabah” – “Şamaxı” oyununun yeri dəyişdirilib.
I tur
4 avqust (bazar)
“Sabah” – “Şamaxı”
“Bank Respublika Arena”, 17:30
Qeyd: Komandaların əvəzedici heyətləri arasında görüş əvvəlcədən açıqlandığı kimi baş tutacaq.