Bildiyiniz kimi AFFA Hakimlər Komitəsinin yeni sədri Frank de Bleker olacaq.
Offsideplus.az xəbər verir ki, onunla 3 illik müqavilə imzalanıb.
Bəs, Frank de Bleker kimdir? Belçikalı hansı işləri görüb? Hakimlər Komitəsinin yeni sədrinin tərcümeyi-halını təqdim edirik:
01.07.1966-cı ildə anadan olub.
1998-2011-ci illərdə FIFA hakimi kimi beynəlxalq oyunlara təyinat alıb.
UEFA-nın Hakim-İnspektoru kimi fəaliyyət göstərir.
UEFA-nın CORE Proqramı (UEFA Mükəmməl Hakimlik Mərkəzi) üzrə Təlimçisidir.
UEFA-nın İstedadlı hakimlər üzrə Mentorudur.
UEFA-nın Hakimlərin İnkişafı Komissiyasının üzvüdür.
Belçika Futbol Assosiasiyasının Hakimlər üzrə Texniki Direktorun müavini vəzifəsində işləyib.
Belçika Futbol Assosiasiyasında Hakimlərin İnkişafı üzrə şöbənin rəhbəri olub.
Hakimlik fəaliyyətinə 1984-cü ildə başlayıb.
17 il ərzində Belçikanin Yüksək Liqasında keçirilən oyunlarda hakimlik edib (ümumilikdə 242 oyun).
7 dəfə Belçikada ilin hakimi seçilib.
6 dəfə “Qızıl Fit” mükafatı ilə təltif edilib.
2009-cu ildə dünyanın ən yaxşı üçüncü hakimi seçilib.
2006-cı ildə Almaniyada, 2010-cu ildə Cənubi Afrikada keçirilən FIFA dünya çempionatlarında hakimlik edib.
2004-cü ildə Portuqaliyada, 2008-ci ildə Avstriya və İsveçrədə keçirilən (yarımfinal mərhələsinin Rusiya - İspaniya oyunu daxil olmaqla) UEFA Avropa çempionatlarının oyunlarında hakimlik edib.
2005-ci ildə Peruda keçirilən U-17 FIFA dünya çempionatının oyunlarını idarə edib.
UEFA Çempionlar Liqasının 47 oyununda hakimlik edib.
3 dəfə UEFA Çempionlar Liqasının yarımfinal oyunlarını idarə edib (2006, 2010, 2011).
3 dəfə UEFA Avropa Liqasının yarımfinal oyunlarını idarə edib (2007, 2008, 2009).
2009-cu ildə UEFA Superkubokunun final (“Barselona” – “Şaxtyor” Donetsk) oyununu idarə edib.
2009-ci ildə Misirdə keçirilən U-21 FIFA dünya çempionatının oyunlarını idarə edib.
3 dəfə Belçika Kubokunun final oyununu idarə edib.
Uğurlu karyerasına görə Belçikada 2011-ci ildə xüsusi mükafatla təltif olunub.
AVRO-2024-də Hakim-inspektor kimi fəaliyyət göstərib.