“Kəpəz” futbolçusu ilə müqavilə müddətini uzadıb.

Offsideplus.az xəbər verir ki, “sarı-göylər” Əli Səmədovla müqaviləni yeniləyib.

Gəncə futbol məktəbinin yetirməsi ilə “1+1” illik müqavilə imzalanıb. 27 yaşlı yarımmüdafiəçi 2015-ci ildən qərb təmsilçinin şərəfini qoruyur.