Ötən mövsüm Türkiyədə çıxış edən daha bir azərbaycanlı karyerasını ölkəmizdə davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, söhbət Bəxtiyar Həsənalızadədən gedir. TFF I Liqa təmsilçisi "Tuzlaspor"dan ayrılan müdafiəçi "Araz-Naxçıvan"la anlaşıb.

Yığmamızın üzvü artıq muxtar respublika təmsilçisinin düşərgəsinə qoşulub. Onunla bağlanan müqavilənin detalları bəlli deyil.

Qeyd edək ki, Bəxtiyar Həsənalızadə ötən mövsüm "Tuzlaspor"un heyətində 20 matçda meydana çıxmışdı. Müdafiəçi bu görüşlərdə 1 qol vurub, 1 məhsuldar ötürmə edib.