"Neftçi"nin yeni transferi Emil Səfərov şəxsi instaqram hesabında paylaşım edib. 

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi "Qəbələ" ilə vidalaşıb:

“Bu illər ərzində birlikdə mənə dəstək olan, çiyin-çiyinə məşq edən komanda yoldaşlarım, texniki heyət, məşqçilər, “Red Black Army” azarkeş qrupu və klub prezidentinə təşəkkürümü bildirirəm. Allah hamımızın yolunu açıq etsin. Buradan ayrılmaq çətindir mənim üçün. İnşallah, komanda düşdüyü çətinlikdən çıxacaq. Daha güclü “Qəbələ” görəcəyik. Hər birinizə “çox sağ olun” deyirəm, gələcək karyeranızda uğurlar arzu edirəm. Görüşmək ümidi ilə”.