“Zirə” Vladislav Kulaçla yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, bunu Bakı təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Bildirilib ki, ukraynalı hücumçu ilə klub arasında imzalanmış müqavilə başa çatıb.

Qeyd edək ki, Kulaç 2023-cü yanvarından “Zirə”yə transfer olunub. O, Preymer Liqada 34 oyuna 5 qol vurub.