“Qəbələ” Futbol Akademiyasının aşağı yaş qruplarına yay seçimlərinin birinci mərhələsi başa çatıb.
Offsideplus.az xəbər verir ki, Qəbələ şəhər stadionunda təşkil olunan seçimlərdə 2009-13-cü il təvəllüdlü 500-dən artıq futbolçular iştirak edib.
Akademiyanın məşqçiləri bütün Azərbaycanı əhatə edən seçimlərdə Bakı, Gəncə, Sumqayıt, İmişli, Göyçay, Ucar, Yevlax, Qax, Zaqatala və digər bölgələrdən olan oyunçuları sınaqdan keçiriblər. Seçimlərdə xüsusi fərqlənən üç futbolçu ilə birbaşa müqavilə imzalanıb. 40-a yaxın oyunçu növbəti mərhələyə dəvət olunub.