Misli Premyer Liqasının XXXI turunda "Şamaxı" səfərdə "Neftçi"yə 0:3 hesabı ilə uduzub.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Ayxan Abbasov görüşü şərh edib:
"Ümumi olaraq, son oyunları gözləyirik. Bilirik ki, çempionatın elə yerindəyik ki, bəzi klublar üçün son oyunlar formal haldır. "Turan Tovuz"a qarşı son ev oyunumuza çıxacağıq. Daha sonra isə səfər matçımız olacaq. Hazırlaşacağıq. Bu gün də bəzi oyunçuları meydanda görmək istədik. Belə atmosferdə oynamaq gənclər üçün vacibdir. İnşallah, növbəti oyunlara baxacağıq".
A.Abbasov komandanı dəstəkləməyə gələn azarkeşlərə təşəkkür edib:
"Bu gün azarkeşlərimiz gəlmişdi, istədik ki, onları sevindirək. Amma təəssüf ki, onları sevindirə bilmədik. Bizim yanımızda idilər, onlara təşəkkür edirəm".


