“Maraqlı oyun alındı”.

Offsideplus.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının XXII turunda “Sumqayıt”a qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis matçla bağlı fikirlərini bölüşüb: “Azarkeşlərimizə təşəkkür edirəm. Bu qələbəni onlara həsr edirik. Bu gün istədiklərimiz meydanda həyata keçdi. "Sabah"la matçın son dəqiqələrində 1 xalı əldən verdik. Bəlkə də həmin oyundan qaynaqlanan motivasiyanın təsiri olmuşdu. Futbolçular məsuliyyətin ağırlığını hiss edərək meydana çıxmışdılar. Futbolçularımı təbrik edirəm”.

 

Qeyd edək ki, “Kəpəz” 3 cavabsız qolla “Sumqayıt” üzərində qələbə qazanıb.