“İlk 20 dəqiqədə buraxılan qollar komandanın oyununu sındırdı”.
Offsideplus.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının XXII turunda “Kəpəz”ə qarşı keçirdikləri oyun haqqında deyib.
Mütəxəssis matçla bağlı fikirlərini bölüşüb:
"Kəpəz"i qələbə münasibətilə təbrik edirəm. Birinci hissədə bu mövsüm ən bərbad oyunumuzu keçirdik. Belə bəsit qollar buraxdığımıza inana bilmirəm. İkinci hissəyə bir az yaxşı başladıq. Amma Ninkoviçin meydanı tərk etməsi oyunun gedişatına göstərdi. Qarşıda bizi kubok matçı da gözləyir. Daha yaxşı oynamağa çalışacağıq”.
Qeyd edək ki, Yevlax Şəhər Stadionunda baş tutan "Kəpəz" - "Sumqayıt" görüşü Gəncə təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.


