"Kəpəz" Misli Premyer Liqasının XXI turunda səfərdə "Sabah" 0:1 hesabı ilə məğlub olub.
Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra görüşlə bağlı fikirlərini bildirib:
"Qələbə qazana bilməsək də, oyunçularıma təşəkkür edirəm. Ani diqqətsizlik qapımızda qola çevrildi. Qapımızda belə qol görmək istəməzdik.
Ehtiyatdakı ən yaxşı oyunçularımızı meydana buraxdıq. Vinger yox idi, onun yerinə müdafiəçi meydana daxil oldu ki, cinahı bağlaya bilək".
O, ötən mövsümlə cari sezonu da müqayisə edib:
"Ötən mövsüm daha çox legionerimiz var idi. Hazırda 7 əcnəbi futbolçumuz var. Premyer Liqa ən az legioner oyunçu bizdədi. "Turan Tovuz"la matçda onların heyətində 9 əcnəbi var idi. Bizdə isə əksinə 9 yerli futbolçu. "Sabah"la oyunda da eyni vəziyyət idi".



