"Neftçi" Misli Premyer Liqasında ardıcıl iki səfər matçında rəqib qapılarına azı üç qol vurmaqla yadda qalıb.
Offsideplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, paytaxt təmsilçisi XVIII turda "Araz-Naxçıvan"ı 4:0, XX turda isə "Kəpəz"i 3:1 hesabı ilə üstələyərək bu seriyaya imza atıb.
"Ağ-qaralar"ın kənar meydanlarda nümayiş etdirdiyi bu məhsuldarlıq sonuncu dəfə 2020/2021 mövsümünün sonlarına təsadüf etmişdi. Həmin vaxt - 2021-ci ilin mayında keçirilən ardıcıl iki səfər görüşündə ağ-qaralar "Şamaxı"nı 3:0, "Səbail"i isə 4:0 hesabı ilə məğlub etmişdilər.


