“Oyunçuların hamısı motivasiyalı idi”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Misli Premyer Liqasının 20-ci turunun “Sumqayıt”la oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis qalib gəldikləri (1:0) matçla bağlı fikirlərini bölüşüb:
“Yaxşı oynadıq və qalib gəldik.
Futbolçuların gözlərində qalib gəlmək istəyi və alov vardı, bunun üçün əllərindən gələni etdilər. Bugünkü oyunda görmək istədiklərimizi gördük. Biz bir sistem üzərində çalışırıq. Hazırda inkişaf mərhələsindəyik. Öyrənməli olduğumuz məqamlar var və onların üzərində işləməliyik. Oyuna görə uşaqlara təşəkkür edirəm”.
Qeyd edək ki, bu nəticədən sonra "Sumqayıt" 30 xalla altıncı, eyni xala malik olan "Araz-Naxçıvan" yeddinci pillədə qərarlaşıb.


