"Neftçi" Misli Premyer Liqasının XX turunda səfərdə "Kəpəz"i 3:1 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, görüşdən sonra "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub oyunla bağlı fikirlərini bildirib:

"Bir neçə gün əvvəl “Forza Neftçi”nin ad günü idi. Həmin vaxt xəstə olduğum üçün orada iştirak edə bilmədim və buna görə də onlardan üzr istəyirəm. Azarkeşlərimiz hər zaman komandanın arxasında olduğu üçün biz belə uğurlu nəticələr əldə edirik.

Sambu və Abubakara gəldikdə, bu ön xətt futbolçuları arasında seçim etmək mənə çətindir, amma bu gün hər ikisinin oyunundan razı qaldım. Öz üzərlərində işləməyə bu cür davam etsələr, daha yaxşı oynayacaqlar. Gələn həftə rəsmi matçımız olmadığı üçün ya yoxlama görüşü keçirəcəyik, ya da öz aramızda oynayacağıq. Yəni komandanı tonusda saxlamağa çalışacağıq ki, qələbə qazanmağa davam edək”.