"Sabah" Aron Maludanı birdəfəlik heyətinə cəlb edib.
Offsideplus.az xəbər verir ki, gənc futbolçunun sözləşməsindəki transfer bəndi qüvvəyə minib.
Onunla 4 illik müqavilə bağlanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Maluda ötən ilin sentyabrından "bayquşlar" üçün çıxış edir. O, burada 12 oyun keçirib və 2 qola imza atıb.



