Azərbaycanı UFC-də təmsil edən Nazim Sadıxov və Rafael Fiziyev Las-Veqasda bir araya gəlib.
Offsideplus.az xəbər verir ki, döyüşçülərimiz "Uncaged" verilişində qonaq olublar. İlk epizod sabah - 10 oktyabrda yayımlanacaq.
Qeyd edək ki, hər iki döyüşçü UFC-də son dəfə iyunun 21-də Bakıda keçirilən döyüş gecəsində oktaqona çıxıb. Rafael Fiziyev oktyabrın 12-də Çarlz Oliveyra ilə döyüşməli olsa da, zədələnib.



