Bu gün UFC319-un əsas tədbirində ardıcıl 2 dəfə fırlanan dirsək nokautu yerinə yetirilib. 

Offsideplus.az xəbər verir ki, əvvəlcə Karlos Prates Jeff Nili bu fəndlə yerə sərib və döyüşün qalibi olub. Bu, onun UFC-də 5-ci nokautudur və 2004-cü ildən bəri ən yüksək göstəricidir.

Gecənin ikinci əsas döyüşündə də fırlanan dirsək nokautu qeydə alınıb. Leron Mörfi Aaron Pikonu əvvəlki döyüşdəki fəndlə məğlub edib. 

Hər iki nokautu təqdim edirik: