Rusiyada boks üzrə “Qələbə kuboku”na start verilib.

Offsideplus.az xəbər veriir ki, yarışa “Bakı” adı altında qatılan Azərbaycan milli komandası mübarizəyə 1/4 final mərhələsindən başlayıb.

Permdə keçirilən “Qələbə kuboku”nda boksçularımızın rəqibləri “Ural” olub. “Bakı” görüşü 3:2 hesabı ilə xeyrinə bitirib.

Dörd raunddan ibarət qarşılaşmalarda komandamızın heyətində Zaur Qəhrəmanov Mark Urvanovu, Səidcəmşid Cəfərov Xyşbaxt Kuldaşevi və Məhəmməd Abdullayev Aleksandr Dorofeyevi məğlub edib.

“Bakı” yarımfinal döyüşünü mayın 29-də Saransk şəhərində keçirəcək.