Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə şəhərində taekvondo üzrə yeniyetmələr arasında dünya birinciliyi keçirilib.
Offsideplus.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən idmançılardan biri medal qazanıb.
Belə ki, Saleh Heydərov fəxri kürsüyə yüksəlməyi bacarıb.
57 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz bürünc medala layiq görülüb.