Azərbaycanın sərbəst güləşçisi Yusif Dursunov Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında qızıl medal qazanıb.
Offsideplus.az xəbər verir ki, o, finalda ermənistanlı Henrik Haykyana xalların keyfiyyətinə görə (4:4) qalib gələrək titulunu qoruyub və 2-ci dəfə Avropa çempionu olub.
Qeyd edək ki, bu gün Hacı Kərimov da finalda ermənistanlı Samvel Gevorqyanı tam üstünlüklə (13:0) məğlub edərək Avropa çempionu adına yiyələnib.


