Azərbaycanlı UFC döyüşçüsü Nazim Sadıxov UFC Fight Night-da döyüşməyəcək.
Offsideplus.az xəbər verir ki, Sadıxov sosial media hesabında təlim düşərgəsinin ilk günlərində zədə aldığını və artıq 5 həftədən çoxdur bu zədə ilə mübarizə apardığını açıqlayıb.
“Salam, dostlar. Yaxşı və pis xəbərlərim var. Pis xəbər odur ki, MSG-də döyüşməyəcəyəm. Təlim düşərgəsinin ilk günlərində zədə aldım və artıq 5 həftədən çoxdur ki, bu zədə ilə mübarizə aparıram. Əvvəlcə planımız zədəyə baxmayaraq hazırlığı davam etdirib döyüşə çıxmaq idi. Lakin rəqibim də zədə səbəbilə döyüşdən çəkildi. Buna görə də mən və komandam UFC-yə bildirdik ki, döyüş üçün başqa rəqib axtarmasınlar.
Yaxşı xəbər isə odur ki, əməliyyata və ya uzunmüddətli bərpa prosesinə ehtiyacım olmayacaq. Bu zədəni sağaldacağam və mümkün qədər tez döyüşə qayıdacağam.
Mənim yanımda olan hər kəsə təşəkkür edirəm. Tezliklə görüşərik”, - Sadıxov bildirib.
Qeyd edək ki, Nazim noyabrın 14-də Cefferson Nasimento ilə qarşılaşmalı idi.


