Erhan Toker “Lions de Genève” ilə qarşılaşmada komandasının müdafiədəki çıxışını da dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, baş məşqçi uzun oyunçuların çatışmazlığından daha çox, komandasının müdafiədə lazımi səviyyədə çıxış etmədiyini bildirib.
“Əslində, uzun oyunçuları çox axtarmaqdansa, yaxşı müdafiə edə bilmədik. Rotasiya ilə oynadığımız üçün fiziki baxımdan sonlara doğru bir qədər gerilədik. Amma əslində, başdan sona qədər pis oynadıq. Oyun planımızın tam əksini etdik. Onların çox sürətli oynayacağını bilirdik. Buna baxmayaraq, biz hücumları çox tez yekunlaşdırdıq. Onların sağ tərəfə penetrasiya edəcəyini və həmin istiqaməti bağlamalı olduğumuzu bilirdik. Amma yenə də həmin boşluqları verdik. Buna görə də öz işimizi yerinə yetirmədik. Onlar da gözləntidən daha yaxşı oynadılar. Bu, həm də bizim onlara müəyyən qədər imkan verməyimizdən qaynaqlandı. İlk üç periodu idarə edə bilmədik. Əslində, başdan sona qədər pis oynadıq”, – deyə Toker bildirib.
Toker rəqibin əsas diqqətini Ceyms Freyzerdən daha çox Dre Ceksona yönəltdiyini bildirib:
“Məndən soruşsanız, Freyzerdən daha çox Ceksona qarşı yaxşı müdafiə olundular. Çünki bizim iki əsas xal atanımız var. Freyzer böyük ölçüdə onsuz da atacağı xalları topladı. Amma bu gün Ceksondan həm müdafiədə, həm də hücumda istədiyimiz töhfəni ala bilmədik. Gözlədiyimiz qədər faydalı olmadı. Buna görə də rəqib baş məşqçinin dedikləri ilə razıyam. Nəticədə onların planı tutmuş kimi görünür. Əsas məsələ Cekson idi. O, bu gün oyunun böyük hissəsində, səhv etmirəmsə, üçüncü periodun ortasına qədər heç xal toplamamışdı. Qarşılaşmanın böyük bölümündə effektiv ola bilmədi”.


