Nyuarkda orta çəkidə titul uğrunda Xamzat Çimayev və Şon Strikland arasında keçiriləcək UFC 328 turniri öncəsi mətbuat konfransı baş tutub.
Offsideplus.az xəbər verir ki, tədbirdən sonra döyüşçülər mühafizəçilərin əhatəsində üz-üzə gəliblər. Görüş zamanı Çimayev Striklanda təpiklə zərbə endirib.
Çimayev və Strikland arasındakı döyüş mayın 9-dan 10-na keçən gecə baş tutacaq.


