MMA döyüşçüsü Xamzat Çimayev maraqlı qərar verib.

Offsideplus.az xəbər verir ki, o, çəkisini dəyişərək kəmər döyüşünə çıxacaq.

Xamzat yüngül ağır çəkidə İrji Proxazka ilə kəmər üçün üz-üzə gələcək.

Bu döyüş aprelin 11-də UFC327 tədbirində baş tutacaq və gecənin əsas qarşılaşması olacaq.

31 yaşlı idmançı bu barədə bunları deyib:

"Onsuz da yüngül ağır çəki kilolarında gəzirəm. Pereyraya meydan oxudum, cavab vermədi, amma görəcəyik. Başqası olsa da fərq etməz. Sadəcə iki çəki dərəcəsində çempion olmaq istəyirəm. Sonra öz çəkimə qayıda bilərəm və ya orada qalaram, hətta daha yuxarı çəkiləri də yoxlaya bilərəm. Mən UFC-dən məğlubiyyətsiz ayrılmağa çalışan o adamlardan deyiləm. Bu, vecimə deyil, mən sadəcə iz qoymaq istəyirəm".

Qeyd edək ki, Çimayev son olaraq ötən ilin avqustunda Drikus Dyu Plessini məğlub edərək orta çəkidə kəmərin sahibi olmuşdu.