İslam Maxaçev peşəkar boksçu Entoni Coşuanı MMA-də görmək istəyir.

Offsideplus.az xəbər verir ki, o, ingilis boksçunun əla MMA döyüşçüsü olacağına inanır.

UFC-nin yarımorta çəkidə çempionu bildirib ki, Coşuanın qəfəsdə uğur qazanması üçün yalnız güləşini təkmilləşdirməsinə ehtiyacı var:

"Bu oğlan nəhəngdir, zərbə texnikası çox yaxşıdır. Əgər bu böyük oğlan güləşini təkmilləşdirsə, onun nə qədər yaxşı olacağını təsəvvür edirsiniz"?