"Neftçi" yeni mövsümdə iddialı heyət formalaşdırmaq niyyətindədir.
Offsideplus.az xəbər verir ki, flaqmanın çalışdırıcısı Roman Qriqorçuk komanda daxilində ciddi nizam-intizam yaradıb. Ukraynalı mütəxəssis artıq ötən mövsümkü komandadan heyətdə saxlayacağı futbolçuları bəlli edib. Bunlardan biri Mark Tamaşdır.
Düzdür, macarıstanlı "ağ-qaralar"dan ayrılmaq niyyətində olub. 30 yaşlı futbolçu ilə Avstriyanın "Hartberq", Qazaxıstanın "Tobol", "Yelimay", Rusiyanın "Nijniy Novqorod" və Almaniyanın "Kayzerslautern" klubları yaxından maraqlanıb. Lakin Qriqorçukla danışıqdan sonra Tamaş "Neftçi"də qalmaq qərarı verib.
Qeyd edək ki, müdafiəçi ötən mövsüm flaqmanın heyətində 31 görüşdə 2 qol vurmağı bacarıb.