"Qarabağ" yeni mövsüm üçün növbəti transferini reallaşdırıb.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi qapıçı Şahrudin Məhəmmədəliyevi heyətinə cəlb edib.
Klubla 30 yaşlı qapıçı arasında bir illik müqavilə imzalanıb.
Ötən mövsümdə Türkiyənin “Adana Demirspor” klubunun formasını geyinən futbolçu 2025-ci ilin yayına qədər "Qarabağ"da çıxış edəcək.
Məhəmmədəliyev 2016-24-cü illərdə Ağdam klubunun formasını geyinib. O, 2024-cü ilin yayında adıçəkilən komandadan Türkiyə klubuna transfer edilib. Şahrudin "atlılar"la 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.