Kasimir Ninqa “Sumqayıt”dan ayrılıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, çadlı futbolçu ilə başa çatan müqavilə yenilənməyib.

2023-cü ildən "kimyaçılar"ın heyətində çıxış edən Ninqa geridə qalan mövsümdə 31 oyunda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.