"Sumqayıt" yeni mövsüm üçün çalışmaları davam etdirir.

Offsideplus.az xəbər verir ki, əsasən fiziki hazırlıq üzərində qurulan məşqlər gündə bir və ya iki dəfə keçirilir.

Baş məşqçi Samir Abasovun rəhbərlik etdiyi komandanın bugünkü səhər məşqi Xəzər dənizinin Sumqayıt sahilində olub.