Maxaçqala “Dinamo”sunun qapıçılarla işləyən məşqçisi Yevgeni Şetinen fəaliyyətini “Turan Tovuz”da davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi məlumat yayıb.

28 yaşlı məşqçi Maxaçqala klubunda ötən mövsümün əvvəlindən çalışıb. Klub Yevgeniyə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, “Turan Tovuz”a yeni mövsümdən son iş yeri Mahaçqala “Dinamo”su olan Kurban Berdiyev baş məşqçilik edəcək.