Bu gün "Neftçi"nin Müşahidə Şurasının iclası keçirilib.

Hafiz Zeynalov quruma rəhbərlik edəcək. Emin Əmrullayev, Orxan Sultanov, Fərid Hacıyev, Emil Alxaslı, Bəxtiyar Aslanbəyli və Afaq Məmmədova MŞ-ın üzvləri olub. Bundan başqa, "ağ-qaralar"a yeni baş icraçı direktor təyin edilib. Bu post türkiyəli funksioner Cenk Sümerə tapşırılıb. 

Dəyişikliklər yeni mövsümdə "Neftçi"yə nə dərəcədə fayda verə bilər? Bu təyinatlar flaqman üçün uğurlu olacaq? Məsələ ilə bağlı paytaxt klubunun sabiq idman direktoru Ceyhun Sultanovla əlaqə saxladıq. Funksioner Offsideplus.az-a açıqlamasında bunları dedi:

"Neftçi" barədə danışmaq istəməzdim. Çünki dəyişikliklər çox olur. Klubun daxilində olmadığım üçün bu barədə nəsə deyə bilmərəm. Lakin nəyin necə olacağını zaman göstərəcək".