"Sabah" klubu icarə əsasında oynatdığı futbolçunu rəsmən heyətinə qatıb.

Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi Ukraynanın "Dinamo" (Kiyev) klubundan yamaykalı vinger Kahim Parrisi  transfer edib. Futbolçu ilə müqavilənin müddəti 4 illikdir.

Qeyd edək ki, Kahim ötən mövsümdə "Sabah"da icarə əsasında çıxış edib. O, "bayquşlar"ın heyətində keçirdiyi 31 oyunda 4 qol vurub, 8 məhsuldar ötürmə edib.