Boluda təlim-məşq toplanışında olan “Zirə” ilk yoxlama oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Rusiyanın “Orenburq” klubu ilə qarşılaşan "qartallar" 1:2 hesabla uduzub.

Qeyd edək ki, "Zirə" iyunun 25-də Rumıniyanın “Hermanştadt” komandası ilə qarşılaşacaq.