"Sabah"ın futbolçusuAnatoli Nuriyev ikitərəfli qasıq yırtığından əməliyyat olunub. 

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Almaniyanın Münhen şəhərindəki klinikalardan birində keçirilən əməliyyat uğurla başa çatıb.

Həkimlərin rəyinə əsasən, Nuriyev 2 həftə sonra məşqlərə başlaya biləcək.