"Şamaxı"nın strategiyasının dəyişiləcəyi ilə bağlı aldığımız məlumat təsdiqini tapdı.

Bölgə təmsilçisi dünən Belajdi Pusi, bu gün Brahim Konate ilə anlaşıdı. Görəsən, bundan sonra legioner transferi davam edəcəkmi? Əcnəbilərin keçidi komandanın Premyer Liqada qalmasına səbəb olacaq? Məsələ ilə bağlı klubun baş meneceri Kamran İsmayılovla əlaqə saxladıq. "Şamaxı" rəsmisi Offsideplus.az-a açıqlamasında bunları söylədi:

" Rəhbərlik qərar verdi ki, strategiyamız dəyişilsin və legionerlər komandaya cəlb olunsun. Bundan sonra neçə legioner olacaq? Bunu komandanın ehtiyacına uyğun olaraq qərarlaşdıracayıq. Burada büdcə məsələsi də rol oynayır. Maliyyəmizə uyğun maksimal dərəcədə yaxşı futbolçular dəvət edəcəyik. Bizim məqsədimiz Premyer Liqada qalmaqdır. Bu isə yalnız legionerlərdən asılı deyil. İnanırıq ki, bütün gördüyümüz işlərin nəticəsi bizə imkan verəcək ki, Premyer Liqada qalaq."